Loading...

Allahım! Bərəkət, rəhmət, fəzilət və ruzi qapılarını üzümüzə aç! Allahım! Səndən sabit qalan dünya və axirət xoşbəxtliyi diləyirəm. Allahım! Səndən kasıbçılıq günündə xoşbəxtlik, qorxu içində yaşadığımız gündə isə əmin-amanlıq diləyirəm. Allahım! Verdiyinin və vermədiyinin şərindən, fitnəsindən Sənə pənah aparıram. Allahım! Bizdə imana qarşı məhəbbət oyat və qəlblərimizi onunla zinətləndir! Həmçinin bizdə küfrə, fasiqliyə və asiliyə qarşı nifrət oyat və bizi doğru yolun yolçularından et!
Allahım! Bizi müsəlman kimi yaşat, müsəlman kimi öldür və müsəlman kimi dirilt! Bizi xəcalətli bir halda deyil, üzüağ bir vəziyyətdə əməlisalehlərə qovuşdur. Allahım! Elçilərini (peyğəmbərlərini) təkzib edən və düz yoldan sapdıran kafirlərə qarşı mübarizə aparmaqda bizə yardım et! Onları Öz cəzana və əzabına düçar et! Allahım! Eyni zamanda kitab verilən (və ona əməl etməyən) kafirlərə qarşı mübarizə aparmaqda da bizə yardım et! Ey Haqq olan Allahım! [Amin!]»
# #

3 months ago 3

179 Likes (Last 100 Likes)

3 Comments

  • szrdmoda
    Salam yeni açılan səhifəmizə sizi dəvət edirik. Dəstək olmaq üçün səhifəmizi izləməyiniz yetərlidir. Oxuduğunuz üçün təşəkkürlər! - 3 months ago
  • seher3019
    Amin - 3 months ago
  • la.voguee
    ✌👍 - 3 months ago