#ahlibeyt14mesum

486 posts

Loading...
#yaAllah ❤ Aşura günü şəhid olanların sayı barədə müxtəlif fikirlər var. Bəzi mənbələrdə 100, 139 və ya 72 nəfər qeyd olunur. Aşura günü bütün döyüşçülərini itirən İmam Hüseyn (ə) sonda zöhr əzanına yaxın özü də şəhid olur. Sonra xeymələrə hücum edilib Peyğəmbər (ə) Əhli Beytinə qarşı vəhşilik edilir. Şam quşunu xeymələri yağmalayır, hər şeyi qənimət adı ilə talayırdılar. İmamın (ə) şəhadəti ilə döyüş bitdi. Ömər Səd məlun öz əsgərlərinin dəfninə göstəriş verdi. Onlar dəf olunduqdan və əsirlər tam ələ keçirildikdən sonra məhərrəmin 11-i axşam əsirlər karvanı Kufəyə yola salındı. Bu müddət ərzində şəhidlər dəfn olunmamışdı. Heç bir tayfa yaxına gələ bilmirdi. Şam qoşunu yola düşdükdən sonra yaxında olan Bəni Əsəd qəbiləsinin qadınları kişilərini məcbur edib döyüş yerinə göndərdi. Tarixçilər Kərbəla şəhidlərini Bəni Əsədin dəfn etdiyini söyləyirlər. Hətta bəzi mənbələrdə İmam Zeynul Abidinin də (ə) orda olduğunu, cəsədləri seçib, tanımağda yardım etdiyi də deyilir (ola bilsin o Həzrətə bu iş üçün müəyyən vaxtda icazə verilib). Bəzi hədislərə görə İmam Hüseyn burada bir sıra məkanları Aşurada şəhid olacaq şəxslərin dəfni üçün əvvəldən almışdı. Bəni-Əsəd qəbiləsinin üzvləri cənazələri bir-bir dəfn etdilər. Onlar İmamı həmin atdan düşdüyü və şəhid edildiyi yerdə də dəfn etdilər. İmamın ayağının aşağı tərəfində isə digər şəhidlər üçün məzar qazdılar. Şəhidlərin başları kəsilmiş, bədənləri atların ayaqları altında parçalanmışdı. Təkcə Hürr İbn Riyahi və balaca Əli Əsğərdən (ə) başqa hamının başı kəsilmişdi. Çünki bunları İmam (ə) dəfn etmişdi. Məlumdur ki, şəhiddlərin başları Şama Yezid məlunun sarayına aparıldı. Başların dəfn olunması barəsində isə ixtilaf vardır: 1-Bəziləri şəhidlərin başlarının Şamda dəfn olunduğunu qetd edirlər. Hətta Şam yaxınlığında “Kərbla şəhidlərinin başlarının məqamı” adlı yer də var. 2-Alimlər arasında məşhur nəzər də vardır ki. İmam Səccad (ə) v Xanım Zeynəb (s.ə) Şamdan ger dönəndə şəhidlərin mübarək başlarını da gətirdiblər. Həmçinin Əllamə Məclisi bu fikiri təsdiq edir və başların ərbəində gətirildiyini qeyd edir( Şəhid Qazi Təbətəbai). #muherrem2018 #ahlibeyt14mesum ARD
#yaAllah ❤ Bu şəhərdə kimsə yoxdu? Bu payız günlərində mütaliyə edəcəyiniz gözəl bir kitab. #kitab #book #booklover #bookstagram #rövşən_abdullaoğlu #bu_şəhərdə_kimsə_yoxdur #ahlibeyt14mesum
#yaAllah ❤ Diqqət videonu izləyin google translateyə daxil olub özünüzdə şahid ola bilərsiniz. sizdən xahiş edirəm daxil olub düzəliş edəsiniz #ahlibeyt14mesum
#yaAllah ❤ İmam Hüseynin (ə) müsibəti o qədər böyük və əhəmiyyətlidir ki, onun kimisini dünya görməmişdir. İmam Həsən (ə) qardaşı İmam Hüseynə (ə) xitab edərək buyurur: “Heç bir gün və müsibət sənin müsibətin kimi olmayacaqdır”. İmam Sadiq (ə) buyurur: “Hüseynin (ə) müsibəti – ən böyük müsibətdir”. İmam Rza (ə) buyurur: “Hüseyn (ə) müsibəti biz Əhli-Beytin (ə) göz qabığını yara etmişdir və göz yaşlarımızı axıtmışdır”. Ona görə də Hüseyn (ə) aşiqi Məhərrəm ayının gəlməsini gözləməz, nə zaman yaralı aşiqi yadına düşsə, ağlayar və nalə çəkər. Hədisi nəql edən yazır: “Biz İmam Sadiqin (ə) yanında idik və İmam Hüseyni (ə) yada saldılar. İmam Sadiq (ə) ağlamağa başladı və biz də onunla birlikdə ağladıq. Həzrət Sadiq (ə) buyurdu: “Hüseyn ibni Əli (ə) göz yaşı üçün ölüdürülmüşdür. Heç bir mömin onu yada salmaz, məgər o halda ki, ağlayar”. Başqa hədisdə oxuyuruq ki, İmam Sadiqin (ə) yanında Hüseynin (ə) adı çəkilən zaman həmin günü heç kəs onu gülərüz görməzdi. İmam Rza (ə) buyurur: “Atam İmam Kazım (ə) o zaman ki, Məhərrəm ayı gələrdi, şadlığın əsərini onda görməzdin. Davamlı olaraq qəmgin olardı, o zamana qədər ki, Məhərrəm ayının 10-u gəlib çatardı. O gün onun üçün müsibət, qəm və ağlamaq günü olardı”. Hədislərdə oxuyuruq ki, keçmiş peyğəmbərlər (ə) belə, Allahın onları bu müsibətdən agah etməsi nəticəsində əza saxlamış və ağlamışdılar. Ona görə də məzlum İmam (ə) üçün əza saxlamaq ancaq Məhərrəm ayına aid deyildir, bəlkə mömin hər bir zaman və məkanda İmamı (ə) yada salan zaman əza saxlamalıdır. /Deyerler.org/ #ahlibeyt14mesum
#yaAllah ❤ Aşura ziyarəti السَّلاَمُ عَلَيْكَ يَا اَبَا عَبْدِ اللهِ السَّلاَمُ عَلَيْكَ يَابْنَ رَسُولِ اللهِ السَّلاَمُ عَلَيْكَ يَابْنَ اَمِيرِ الْمُؤْمِنِينَ وَ ابْنَ سَيِّدِ الْوَصِيِّنَ السَّلاَمُ عَلَيْكَ يَابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلاَمُ عَلَيْكَ يَا ثَارَ اللهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُورَ السَّلاَمُ عَلَيْكَ وَ عَلَى الْأَرْوَاحِ الَّتِى حَلَّتْ بِفِنَائِكَ عَلَيْكُمْ مِنِّى جَمِيعًا سَلاَمُ اللهِاَبَدًا مَا بَقِيتُ وَ بَقِىَ اللَّيْلُ وَ النَّهَارُ يَا اَبَا عَبْدِ اللهِ لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ وَجَلَّتْ وَ عَظُمَةِ الْمُصِيبَةُ بِكَ عَلَيْنَا وَ عَلَى جَمِيعِ اَهْلِ الْإِسْلاَمِ وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيبَتُكَ فِى السَّموَاتِ عَلَى جَمِيعِ اَهْلِ السَّموَاتِ فَلَعَنَ اللهُ اُمَّةً اَسَّسَتْ اَسَاسَ الظُّلْمِ وَالْجَوْرِ عَلَيْكُمْ اَهْلَ الْبَيْتِ وَ لَعَنَ اللهُ اُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقَامِكُمْ وَ اَزَالَتْكُمْ عَنْ مَرَاتِبِكُمُ الَّتِى رَتَّبَكُمُ اللهُ فِيهَا وَ لَعَنَ اللهُ اَمَّةً قَتَلَتْكُمْ وَ لَعَنَ اللهُ الْمُمَهِّدِينَ لَهُمْ بِالتَّمْكِينِ مِنْ قِتَالِكُمْ بَرِئْتُ اِلَى اللهِ وَ اِلَيْكُمْ مِنْهُمْ وَ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ وَ اَوْلِيَائِهِمْ يَا اَبَا عَبْدِ اللهِ اِنِّى سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ اِلَى يَوْمِ الْقِيَامَةِ وَ لَعَنَ اللهُ آلَ زِيَادٍ وَ آلَ مَرْوَانَ وَ لَعَنَ اللهُ بَنِى اُمَيَّةَ قَاطِبَةً وَ لَعَنَ اللهُ ابْنَ مَرْجَانَةَ وَ لَعَنَ اللهُ عُمَرَ بْنَ سَعْدٍ وَ لَعَنَ اللهُ شِمْرًا وَ لَعَنَ اللهُ اُمَّةً اَسْرَجَتْ وَ اَلْجَمَتْ وَ تَنَقَّبَتْ لِقِتَالِكَ Ardı👇 #ahlibeyt14mesum
#yaAllah ❤ “Rəcət” sözünün mənası “qayıdış” deməkdir. Qiyamətdən əvvəl İmam Zaman ağa (ə.f) zühr edən zaman İmam Hüseyn (ə) həyata qayıdacaq və Yezidin (lən) ordusu ilə yenidən vuruşacaqdır. Haqq batilə qələbə çalacaqdır. Bu, elə bir gündür ki, yalnız xalis möminlər və xalis kafirlər diriləcəkdir. Quranda İmam Hüseynin (ə) rəcətinə aid 18 ayə nazil olmuşdur. O cümlədən, bu mübarək ayə: “O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər). Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir)”. (“Naziat” 6-7). Bu iki ayə Qiyamətdən əvvəl baş verəcək hadisəyə işarə edir. O cümlədən dəhşətli zəlzələdir ki, hər yeri titrədəcəkdir. İmam Sadiq (ə) bu ayələrin təfsiri haqqında buyurmuşdur: “Titrədən – İmam Hüseyn (ə) – İmamın dünyaya rəcəti dünyada dəyişikliklər icad edəcəkdir. İkinci hadisə isə Əli ibn Əbitalibdir (ə)”. Rəcət zamanı ilk qəbri açılan və qəbirdən qalxan şəxs İmam Hüseyn (ə) olacaqdır. Başqa bir ayədə oxuyuruq: “Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik”. (“İsra” 6). İmam Sadiq (ə) buyurur ki, bu ayə də İmam Hüseynin (ə) rəcətinə işarə edir. İmam (ə) buyurur ki, rəcət zamanı dünyaya gələcək ilk kəs - İmam Hüseyn (ə), o Həzrətin (ə) səhabələri, lənətlik Yezid və o məlunun səhabələri olacaqdır. İmam Baqir (ə) nəql edir ki, İmam Hüseyn (ə) şəhid olmamışdan əvvəl buyurmuşdu: “İlk insan ki, yer yarılacaq və bayıra çıxacaqdır, mən olacağam. Mənim qəbirdən bayıra çıxmağım Əmirəl-möminin (ə) qəbirdən bayıra çıxmağı və bizim Qaimin (ə.f) qiyamı ilə eyni zamanda olacaqdır”. İmam Baqir (ə) nəql edir: “Rəcət zamanı ilk qayıdan insan - İmam Hüseyn (ə) olacaqdır və o qədər hökumət edəcəkdir ki, qocalıqdan qaşlarının tükləri gözünün üstündə asılacaqdır”. Beləliklə, deyə bilərik ki, rəcət hadisəsi qəti bir hadisədir və o, mütləq olacaqdır. Lakin bu hadisə hamıya şamil olunmur, xüsusi insanlara aiddir. #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Salam aleykum. Sevərək oxuduğum kitablardan biri. Oxuyarkən çox təsirlənəcəksiniz. Bəs siz hansı kitabları oxuyursunuz.və hansı kitabları məsləhət görürsünüz? #book #booklover #bookstagram #ahlibeyt14mesum
#yaAllah ❤ Son vaxtlar insanlar arasında bir şübhəli ifadələr dolaşır ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu yalnış və qərəzli bir ifadədir. Çünki “Şiə” kəlməsi tərəfdar deməkdir. Yəni Əhli-beyt (ə) tərəfdarı. Əgər bu insanlar İmamı (ə) qətl edirsə daha hardan imam tərəfadı oldu? Demək bu cür ifadə yalnış və qərəzli işlənən bir ifadədir. Bu barədə “Hawzahnews” agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb və dəftərxana bu sualı cavablandırıb. Sual: Bəziləri belə düşünür ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu döğrudurmu, belədirmi? Onlar öncə Şiə idilər, sonra əqidələrindən döndülərmi? Cavab: - ""Bu cür sözlər demək qəlbində Şiə məzhəbinə qarşı mərəz (kin, xəstəlik) olan kəslərin işidir. Həqiqət heç də bu cür deyildir. İmamı (ə) qətl edənlər Ali Əbu Süfyan “şiələridir”. Bunu İmamın (ə) Aşura günü dediyi cümlə də təsdiq edir. İmam (ə) buyurdu: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (ardıcılları). Dininiz olmasa belə, qiyamət günündən qorxmasanız belə, heç olmasa bu dünyanızda azad insanlar olun! Məgər özünüzü ərəb hesab edirsinizsə özünüzlə hesab çəkin (nə etdiyinizi düşünün). (Əyanuş-şiəti-609) Birdə əlavə edək ki, heç bir Şiə alimlər, o cümlədən heç bir mənbə Ömər Sədi, Husayn ibn Nəmiri, Şəbs ibn Rəbini və bunlar kimi başqa qatilləri Şiə kimi qeyd etməyim. Onlar yalnız müsəlman cəmiyyətinin bir üzvü idilər... Birdə ki, onların İmam Əlinin (ə) hakimiyyəti altında olmaları və xilafət ordusunda döyüşmələri onların Şiə olmaları demək deyildir. İmam Əlinin (ə) xilafət ordusunda yer almaq, İmamın (ə) arxasında namaz qılmaq heç də o Həzrəti (ə) məsum və Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul etmək anlamına gəlmir. Əksinə o dövürdə bütün müsəlmanlar İmam Əlini (ə) sadəcə 4-cü xəlifə kimi qəbul edir və tabe olurdular. Birdə Kufəlilərin İmam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət etməsi heç də o demək deyildi ki, onlar Hüseyni (ə) imam kimi qəbul edir və məsum imamlardan (ə) biri hesab edirdilər. Xeyir, onlar İmamı (ə) həm səhabə, həm Peyğəmbər (s) övladı, həm sərkərdə, həm də rəhbərliyə laiq birisi kimi bilirdilər. Nəinki İmam (ə) kimi bilirdilər. #muharrem2018 #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Son vaxtlar insanlar arasında bir şübhəli ifadələr dolaşır ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu yalnış və qərəzli bir ifadədir. Çünki “Şiə” kəlməsi tərəfdar deməkdir. Yəni Əhli-beyt (ə) tərəfdarı. Əgər bu insanlar İmamı (ə) qətl edirsə daha hardan imam tərəfadı oldu? Demək bu cür ifadə yalnış və qərəzli işlənən bir ifadədir. Bu barədə “Hawzahnews” agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb və dəftərxana bu sualı cavablandırıb. Sual: Bəziləri belə düşünür ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu döğrudurmu, belədirmi? Onlar öncə Şiə idilər, sonra əqidələrindən döndülərmi? Cavab: - ""Bu cür sözlər demək qəlbində Şiə məzhəbinə qarşı mərəz (kin, xəstəlik) olan kəslərin işidir. Həqiqət heç də bu cür deyildir. İmamı (ə) qətl edənlər Ali Əbu Süfyan “şiələridir”. Bunu İmamın (ə) Aşura günü dediyi cümlə də təsdiq edir. İmam (ə) buyurdu: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (ardıcılları). Dininiz olmasa belə, qiyamət günündən qorxmasanız belə, heç olmasa bu dünyanızda azad insanlar olun! Məgər özünüzü ərəb hesab edirsinizsə özünüzlə hesab çəkin (nə etdiyinizi düşünün). (Əyanuş-şiəti-609) Birdə əlavə edək ki, heç bir Şiə alimlər, o cümlədən heç bir mənbə Ömər Sədi, Husayn ibn Nəmiri, Şəbs ibn Rəbini və bunlar kimi başqa qatilləri Şiə kimi qeyd etməyim. Onlar yalnız müsəlman cəmiyyətinin bir üzvü idilər... Birdə ki, onların İmam Əlinin (ə) hakimiyyəti altında olmaları və xilafət ordusunda döyüşmələri onların Şiə olmaları demək deyildir. İmam Əlinin (ə) xilafət ordusunda yer almaq, İmamın (ə) arxasında namaz qılmaq heç də o Həzrəti (ə) məsum və Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul etmək anlamına gəlmir. Əksinə o dövürdə bütün müsəlmanlar İmam Əlini (ə) sadəcə 4-cü xəlifə kimi qəbul edir və tabe olurdular. Birdə Kufəlilərin İmam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət etməsi heç də o demək deyildi ki, onlar Hüseyni (ə) imam kimi qəbul edir və məsum imamlardan (ə) biri hesab edirdilər. Xeyir, onlar İmamı (ə) həm səhabə, həm Peyğəmbər (s) övladı, həm sərkərdə, həm də rəhbərliyə laiq birisi kimi bilirdilər. Nəinki İmam (ə) kimi bilirdilər. #muharrem2018 #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Son vaxtlar insanlar arasında bir şübhəli ifadələr dolaşır ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu yalnış və qərəzli bir ifadədir. Çünki “Şiə” kəlməsi tərəfdar deməkdir. Yəni Əhli-beyt (ə) tərəfdarı. Əgər bu insanlar İmamı (ə) qətl edirsə daha hardan imam tərəfadı oldu? Demək bu cür ifadə yalnış və qərəzli işlənən bir ifadədir. Bu barədə “Hawzahnews” agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb və dəftərxana bu sualı cavablandırıb. Sual: Bəziləri belə düşünür ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu döğrudurmu, belədirmi? Onlar öncə Şiə idilər, sonra əqidələrindən döndülərmi? Cavab: - ""Bu cür sözlər demək qəlbində Şiə məzhəbinə qarşı mərəz (kin, xəstəlik) olan kəslərin işidir. Həqiqət heç də bu cür deyildir. İmamı (ə) qətl edənlər Ali Əbu Süfyan “şiələridir”. Bunu İmamın (ə) Aşura günü dediyi cümlə də təsdiq edir. İmam (ə) buyurdu: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (ardıcılları). Dininiz olmasa belə, qiyamət günündən qorxmasanız belə, heç olmasa bu dünyanızda azad insanlar olun! Məgər özünüzü ərəb hesab edirsinizsə özünüzlə hesab çəkin (nə etdiyinizi düşünün). (Əyanuş-şiəti-609) Birdə əlavə edək ki, heç bir Şiə alimlər, o cümlədən heç bir mənbə Ömər Sədi, Husayn ibn Nəmiri, Şəbs ibn Rəbini və bunlar kimi başqa qatilləri Şiə kimi qeyd etməyim. Onlar yalnız müsəlman cəmiyyətinin bir üzvü idilər... Birdə ki, onların İmam Əlinin (ə) hakimiyyəti altında olmaları və xilafət ordusunda döyüşmələri onların Şiə olmaları demək deyildir. İmam Əlinin (ə) xilafət ordusunda yer almaq, İmamın (ə) arxasında namaz qılmaq heç də o Həzrəti (ə) məsum və Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul etmək anlamına gəlmir. Əksinə o dövürdə bütün müsəlmanlar İmam Əlini (ə) sadəcə 4-cü xəlifə kimi qəbul edir və tabe olurdular. Birdə Kufəlilərin İmam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət etməsi heç də o demək deyildi ki, onlar Hüseyni (ə) imam kimi qəbul edir və məsum imamlardan (ə) biri hesab edirdilər. Xeyir, onlar İmamı (ə) həm səhabə, həm Peyğəmbər (s) övladı, həm sərkərdə, həm də rəhbərliyə laiq birisi kimi bilirdilər. Nəinki İmam (ə) kimi bilirdilər. #muharrem2018 #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Qurani-Kərimin 25-ci surəsi olan “Furqan” (və yaxud “Təbarək”) surəsi Məkkədə nazil olmuş və 77 aydən (896 söz və 3877 hərfdən) ibarətdir. Surənin 1-ci ayəsində Qurani-Kərim “Furqan” adlandırılır.“Furqan” dedikdə, “haqqı batildən ayıran” nəzərdə tutulur. Surədə Quran “Furqan” adı ilə tanıtdırıldığından, surə həmin adla adlandırılmışdı r. “Furqan” surəsi Məkkədə nazil olduğundan, əsas etibarilə, etiqadi məsələlərdən – təbiətdə tövhid və Allahın əzəmət nişanələrindən, məaddan, qiyamətdə insanların çəkəcəyi həsrətdən, Peyğəmbəri-Əkrəmin (s) nübüvvətindən, şirk və müşriklərlə mübarizədən, küfr, günah və bütə pərəstişin acı aqibətindən, keçmiş qövmlərin, o cümlədən, “Rəss” səhabələrinin əməlləri və həlakətindən, möminlərin kafirlərlə müqayisəsindən söz açılır. Surənin son hissəsində “İbadur-rəhman” ifadəsi ilə rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətləri bəyan olunur və bu mövzu sözügedən surənin 63-cü ayəsindən sonunadək davam edir. Həqiqətdə, bu xüsusiyyətlər İslam əxlaqının əsaslarını təşkil edir və haqq yolçularının yolu üzərində nurlu çıraqdır. İLAHİ BƏNDƏLƏRİN XÜSUSİYYƏTLƏRİNƏ QISA BİR BAXIŞ “Furqan” surəsinin 63-77-ci ayələrində ilahi bəndələrə xas on dörd xüsusiyyətdən danışıılır və bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir: 1. Təvazökarlıq; 2. nadanlarla mülayim rəftar; 3. gecə ibadətləri, xüsusilə, gecə namazı; 4. Allahdan və əzabından qorxu; 5. ifrat və təfritlə mübarizə; 6. hər növ şirkdən uzaqlıq; 7. insanın canı və qanının möhtərəmliyi; 8. iffətsizlik və zinadan çəkinmə; 9. dinə yad məclislərdən uzaqlıq; 10. yersiz işlərdən çəkinmə; 11. təhqiq və təfəkkür; 12. övlad tərbiyəsi; 13. başqalarına örnək olma; 14. həyatın çətinliklərində səbir və dözümlülük. “Rəss” səhabələrİ kİm İdİ? Sözügedən surənin 38-ci ayəsində “Rəss” səhabələrindən söz açılır və buyurulur: ﻭَﻋَﺎﺩًﺍ ﻭَﺛَﻤُﻮﺩَ ﻭَﺃَﺻْﺤَﺎﺏَ ﺍﻟﺮَّﺱِّ ﻭَﻗُﺮُﻭﻧًﺎ ﺑَﻴْﻦَ ﺫَﻟِﻚَ ﻛَﺜِﻴﺮًﺍ ”Ad qövmü, Səmud qövmü, Rəss səhabələri və onların arasındakı bir çox nəsilləri (həlak etdik).” Təfsir kitablarında “Rəss” qövmü haqqında xeyli söhbət getmişdir. Kimi onları Şüeybin qövmü, kimi Yəmamədə bir şəhərin Rəss adlandığını, kimi də Antakiyada Rəss adlı quyu olduğunu qeyd edir. ARDI👇 #ahlibeyt14mesum
#yaAllah ❤ Həzrət Musa (ə). Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır. Musa (ə) buyurur: "Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”. Xitab gəlir: "Hüseynin (ə) qanı bura töküləcəkdir”. Musa (ə) dedi: "Hüseyn (ə) kimdir?”. Xitab gəldi: "Hüseyn (ə) - Muhəmməd Mustafanın (s) və Əli Murtəzanın (ə) oğludur”. Musa (ə) soruşur: "Onu öldürən kimdir?”. Xitab gəlir: "Onu öldürən o kəsdir ki, dəniz balıqları, səhra vəhşiləri və havada uçan quşlar onu lənətləyər”. Həzrət Musa (ə) da Yezidə lənət oxudu. Həzrət Süleyman (ə). Həzrət Süleyman (ə) öz uçan kəcavəsində idi və havada uçurdu. Kərbəla torpağından keçən zaman külək onu uzağa atdı və külək dayandı. Ona görə də kəcavəsi yerə düşdü. Süleyman (ə) dedi: "Ey külək, sənə nə oldu ki, sakit oldun?”. Dedi: "Hüseyn ibn Əlinin (ə) ölən yeri buradır”. Süleyman (ə) dedi: "Onu öldürən kimdir?”. Dedi: "Yerlərin və göylərin lənət etdiyi Yeziddir”. Süleyman (ə) əllərini qaldırdı və ona lənət oxudu. Bu zaman külək yenidən əsdi və kəcavə yoluna getdi. Həzrət Zəkəriyyə (ə). Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, beş Ali-Əbanın (ə) adını ona öyrətsin. Cəbrayıl (ə) nazil olur və bu adları ona öyrədir. Həzrət Zəkəriyyə (ə) nə zaman Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) adını çəkərdi, qəmi aradan gedərdi. Lakin nə zaman Hüseynin (ə) adını çəkərdi, qəhər onu boğardı və ağlamağa başlayardı. Bir gün dedi: "Allahım, bu nə sirdir ki, nə zaman bu dörd nəfərin adını çəkirəm, qəmim aradan gedir, lakin o zaman ki, Hüseynin (ə) adını çəkirəm, göz yaşlarım axır və ah-nalə edirəm?”. Allah Təala Hüseynin (ə) dastanını ona xəbər verir. Zəkəriyyə (ə) bu xəbəri eşidəndən sonra 3 gün məsciddən çıxmadı və əmr etdi ki, heç kəsin onun yanına gəlməsin. Ağladı və nalə çəkdi. Həzrət İsa (ə). Nəql edilir ki, Həzrət İsa (ə) öz həvariləri ilə Kərbəla torpağından keçirdi. Bir şir görür ki, insanların yolunu bağlayıb. Şir İsaya (ə) tərəf gəlir və deyir: "Sizi keçməyə qoymayacağam o zamana qədər ki, Hüseynin (ə) qatilini lənətləməyəcəksiniz”. #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Dil həmişə ağlın dediklərini tərcümə edər. Eşqin tərcümə edəni isə gözlərdir. Nə zaman gözdən eşq və yangı ilə göz yaşı axar, eşq hazır olar. O yerdə ki, dil nizamlı şəkildə məntiqli sözlər deyər, ağıl hazır olar... Necə ki, məntiqli dil ağılın hansı hədəfə qulluq etdiyini aşkar edər, göz yaşları da düşmənə qarşı sevgi müharibəsini elan edər. Ona görə də deyə bilərik ki, İmam Hüseynə (ə) görə tökülən göz yaşı şuar verən, nəhy ilə münkəri elan edən və zalımları rüsvay edən göz yaşlarıdır. Həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) o kəslərə ki, ağlaya bilmirlər, onlara tövsiyə edərdilər ki, özlərini ağlamağa vursunlar. Bu yolla İmam Hüseyn (ə) əsrlər boyu xatirələrdə canlı qalmışdır. Ayətullah Behcət buyurur: "Belə düşünürəm ki, İmam Hüseynə (ə) tökülən göz yaşı gecə namazından daha üstündür. Çünki gecə namazı sırf qəlb əməli deyildir, bəlkə qəlb kimidir. Ancaq qəm və qüssə, ağlamaq – qəlb əməlidir". Əhli-beytdən (ə) gələn hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) üçün tökülən göz yaşlarının çox sayda savab və bərəkəti vardır. İmam Sadiq (ə) buyurur: "O kəsin ki, yanında Hüseyn ibni Əli (ə) yada salınar, gözündən milçəyin qanadı qədər göz yaşı axarsa, əcri Allah yanındadır və Allah Təala onun üçün behiştdən azına razı deyildir". Bu hədisdən belə nəticə çıxartmaq olar ki, insan əgər milçəyin qanadı qədər ki, ən kiçik ölçüdür, göz yaşı axıdarsa Allah Təala yanında çox dəyərlidir. Savabı isə behiştdən az deyildir. Başqa bir hədisdə həmin Həzrət Sadiqdən (ə) oxuyuruq ki, buyurur: "O kəsin ki, yanında biz Əhli-beytin (ə) adı çəkilər və gözündən yaş axarsa, hətta əgər ağcaqanadın qanadı qədər olsa belə, günahları bağışlanar. Hətta əgər bu günahlar dənizlərin dibi qədər olsa belə". Bu hədisdən isə belə nəticə çıxartmaq olar ki, hər kim Əhli-beytin (ə) məzlumiyyətinə ən az ölçüdə göz yaşı tökərsə, Allah günahlarını bağışlayar. Hətta əgər bu günahlar bütün dənizin dibi qədər olsa belə. İmam Əli (ə) buyurur: "Hər kim bizim yolumuzda iki gözündən yaş tökərsə, Allah ona behiştdə ev verər ki, orada sakin olsun". #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Həzrət Musa (ə). Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır. Musa (ə) buyurur: "Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”. Xitab gəlir: "Hüseynin (ə) qanı bura töküləcəkdir”. Musa (ə) dedi: "Hüseyn (ə) kimdir?”. Xitab gəldi: "Hüseyn (ə) - Muhəmməd Mustafanın (s) və Əli Murtəzanın (ə) oğludur”. Musa (ə) soruşur: "Onu öldürən kimdir?”. Xitab gəlir: "Onu öldürən o kəsdir ki, dəniz balıqları, səhra vəhşiləri və havada uçan quşlar onu lənətləyər”. Həzrət Musa (ə) da Yezidə lənət oxudu. Həzrət Süleyman (ə). Həzrət Süleyman (ə) öz uçan kəcavəsində idi və havada uçurdu. Kərbəla torpağından keçən zaman külək onu uzağa atdı və külək dayandı. Ona görə də kəcavəsi yerə düşdü. Süleyman (ə) dedi: "Ey külək, sənə nə oldu ki, sakit oldun?”. Dedi: "Hüseyn ibn Əlinin (ə) ölən yeri buradır”. Süleyman (ə) dedi: "Onu öldürən kimdir?”. Dedi: "Yerlərin və göylərin lənət etdiyi Yeziddir”. Süleyman (ə) əllərini qaldırdı və ona lənət oxudu. Bu zaman külək yenidən əsdi və kəcavə yoluna getdi. Həzrət Zəkəriyyə (ə). Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, beş Ali-Əbanın (ə) adını ona öyrətsin. Cəbrayıl (ə) nazil olur və bu adları ona öyrədir. Həzrət Zəkəriyyə (ə) nə zaman Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) adını çəkərdi, qəmi aradan gedərdi. Lakin nə zaman Hüseynin (ə) adını çəkərdi, qəhər onu boğardı və ağlamağa başlayardı. Bir gün dedi: "Allahım, bu nə sirdir ki, nə zaman bu dörd nəfərin adını çəkirəm, qəmim aradan gedir, lakin o zaman ki, Hüseynin (ə) adını çəkirəm, göz yaşlarım axır və ah-nalə edirəm?”. Allah Təala Hüseynin (ə) dastanını ona xəbər verir. Zəkəriyyə (ə) bu xəbəri eşidəndən sonra 3 gün məsciddən çıxmadı və əmr etdi ki, heç kəsin onun yanına gəlməsin. Ağladı və nalə çəkdi. Həzrət İsa (ə). Nəql edilir ki, Həzrət İsa (ə) öz həvariləri ilə Kərbəla torpağından keçirdi. Bir şir görür ki, insanların yolunu bağlayıb. Şir İsaya (ə) tərəf gəlir və deyir: "Sizi keçməyə qoymayacağam o zamana qədər ki, Hüseynin (ə) qatilini lənətləməyəcəksiniz”. #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Həzrət Musa (ə). Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır. Musa (ə) buyurur: "Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”. Xitab gəlir: "Hüseynin (ə) qanı bura töküləcəkdir”. Musa (ə) dedi: "Hüseyn (ə) kimdir?”. Xitab gəldi: "Hüseyn (ə) - Muhəmməd Mustafanın (s) və Əli Murtəzanın (ə) oğludur”. Musa (ə) soruşur: "Onu öldürən kimdir?”. Xitab gəlir: "Onu öldürən o kəsdir ki, dəniz balıqları, səhra vəhşiləri və havada uçan quşlar onu lənətləyər”. Həzrət Musa (ə) da Yezidə lənət oxudu. Həzrət Süleyman (ə). Həzrət Süleyman (ə) öz uçan kəcavəsində idi və havada uçurdu. Kərbəla torpağından keçən zaman külək onu uzağa atdı və külək dayandı. Ona görə də kəcavəsi yerə düşdü. Süleyman (ə) dedi: "Ey külək, sənə nə oldu ki, sakit oldun?”. Dedi: "Hüseyn ibn Əlinin (ə) ölən yeri buradır”. Süleyman (ə) dedi: "Onu öldürən kimdir?”. Dedi: "Yerlərin və göylərin lənət etdiyi Yeziddir”. Süleyman (ə) əllərini qaldırdı və ona lənət oxudu. Bu zaman külək yenidən əsdi və kəcavə yoluna getdi. Həzrət Zəkəriyyə (ə). Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, beş Ali-Əbanın (ə) adını ona öyrətsin. Cəbrayıl (ə) nazil olur və bu adları ona öyrədir. Həzrət Zəkəriyyə (ə) nə zaman Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) adını çəkərdi, qəmi aradan gedərdi. Lakin nə zaman Hüseynin (ə) adını çəkərdi, qəhər onu boğardı və ağlamağa başlayardı. Bir gün dedi: "Allahım, bu nə sirdir ki, nə zaman bu dörd nəfərin adını çəkirəm, qəmim aradan gedir, lakin o zaman ki, Hüseynin (ə) adını çəkirəm, göz yaşlarım axır və ah-nalə edirəm?”. Allah Təala Hüseynin (ə) dastanını ona xəbər verir. Zəkəriyyə (ə) bu xəbəri eşidəndən sonra 3 gün məsciddən çıxmadı və əmr etdi ki, heç kəsin onun yanına gəlməsin. Ağladı və nalə çəkdi. Həzrət İsa (ə). Nəql edilir ki, Həzrət İsa (ə) öz həvariləri ilə Kərbəla torpağından keçirdi. Bir şir görür ki, insanların yolunu bağlayıb. Şir İsaya (ə) tərəf gəlir və deyir: "Sizi keçməyə qoymayacağam o zamana qədər ki, Hüseynin (ə) qatilini lənətləməyəcəksiniz”. #muherrem2018 #ahlibeyt14mesum ARDI👇
“Hussain Is From me and Iam from Hussain “... Prophet Muhammad (PBUH).❤️ . . . . .#muharram1440 #karbala #shias #abbasalamdar #imamreza #imamhussain #qadamgahmoulaali #najaftokarbala #ahlibeyt14mesum
#yaAllah ❤ Yeni aldığım kitabımı çox sevdim. "Derdin kendindedir bilmiyorsun derman yine sendedir görmüyorsun koskoca alem içinde yerleştirilmiş sen kendini hala bir şey mi zannediyorsun?..." -Hz Ali (a) 09.09.2018🇦🇿 @hakanmenguc #benneyim #hakanmengüç #ahlibeyt14mesum
#yaAllah ❤ Məhərrəm – Hicri-qəməri ilinin ilk ayının adı. İmam Hüseyn (ə) və silahdaşları bu ayın 10-cu günü şəhadətə yetmişlər. Kərbəla – İraqda şəhər adı, imam Hüseyn (ə) və silahdaşlarının şəhid olduğu yer. Aşura – Onuncu gün deməkdir. Hicri-qəməri tarixi ilə Məhərrəm ayının 10-cu günü. İmam Hüseyn (ə) və silahdaşları həmin gün şəhadətə yetmişlər. Matəm – yas, hüzn. Mərsiyə – İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün hüznlə, kədərlə ifadə olunan şeir növü. Sinəzən – İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin faciəli ölümləri ilə bağlı bəstələnən, sinəyə vurularaq oxunan hüznlü və kədərli şeir növü. Beş əsma (və yaxud beş kimsə) – Muhəmməd peyğəmbər (s), imam Əli (ə), xanım Fatimə (s.ə), imam Həsən (ə) və imam Hüseyn (ə). Əhli-beyt – Nübüvət evinə və məqamına layiq olan, Allahın bütün pisliklərdən uzaqlaşdırdığı, sevgi və vilayətlərini bütün ümmətə vacib etdiyi şəxslər. Bunlar Muhəmməd peyğəmbər (s), həzrət Fatimə (s.ə) və on iki imamdır. On iki imam – Allah tərəfindən ümmətə imam və rəhbər olaraq seçilən və hamısı Peyğəmbərin (s) Əhli-beytindən olan müqəddəs insanlar: 1. İmam Əli (ə), 2. İmam Həsən (ə), 3. İmam Hüseyn (ə), 4. İmam Zeynəlabidin (ə), 5. İmam Muhəmməd Baqir (ə), 6. İmam Cəfər Sadiq (ə), 7. İmam Museyi-Kazım (ə), 8. İmam Rza (ə), 9. İmam Muhəmməd Təqi (ə), 10. İmam Əliyyən-Nəqi (ə), 11. İmam Həsən Əskəri (ə), 12. İmam Mehdi Sahibəzzaman (ə). İmam Hüseyn (ə) – Üçüncü imamımız, Peyğəmbərin (s) əziz nəvəsi, imam Əli (ə) ilə həzrət Fatimeyi-Zəhranın (s.ə) gözünün nuru və əziz övladı. Kərbəlada zalım, qəddar, şərabxor, əyyaş və məlun Yezidə qarşı qiyam edərək silahdaşları ilə birgə müqəddəs və ilahi hədəf uğrunda şəhadətə yetmiş, şəhidlər sərvəri adına layiq görülmüşdür. Həzrət Əbülfəzl-Abbas – İmam Əlinin (ə) həyat yoldaşı Ümmül-Bənindən dünyaya gələn dörd oğlundan ən böyüyü və “Bəni-Haşimin ayı” ləqəbinə layiq görülən şəxsin adı. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Mədinədə nazil olmuş “Nur” surəsi 64 ayədən ibarətdir və Qurani-Kərimin 24-cü surəsidir. Surənin “Nur” adlandırılmasının səbəbi budur ki, onun 35-ci ayəsində Allah göylərin və yerin nuru kimi tanıtdırılır. Həmin ayədə buyurulur: ﺍﻟﻠَّﻪُ ﻧُﻮﺭُ ﺍﻟﺴَّﻤَﺎﻭَﺍﺕِ ﻭَﺍﻟْﺄَﺭْﺽِ ﻣَﺜَﻞُ ﻧُﻮﺭِﻩِ ﻛَﻤِﺸْﻜَﺎﺓٍ ﻓِﻴﻬَﺎ ﻣِﺼْﺒَﺎﺡٌ ﺍﻟْﻤِﺼْﺒَﺎﺡُ ﻓِﻲ ﺯُﺟَﺎﺟَﺔٍ ﺍﻟﺰُّﺟَﺎﺟَﺔُ ﻛَﺄَﻧَّﻬَﺎ ﻛَﻮْﻛَﺐٌ ﺩُﺭِّﻱٌّ ﻳُﻮﻗَﺪُ ﻣِﻦ ﺷَﺠَﺮَﺓٍ ﻣُّﺒَﺎﺭَﻛَﺔٍ ﺯَﻳْﺘُﻮﻧِﺔٍ ﻟَّﺎ ﺷَﺮْﻗِﻴَّﺔٍ ﻭَﻟَﺎ ﻏَﺮْﺑِﻴَّﺔٍ ﻳَﻜَﺎﺩُ ﺯَﻳْﺘُﻬَﺎ ﻳُﻀِﻲﺀُ ﻭَﻟَﻮْ ﻟَﻢْ ﺗَﻤْﺴَﺴْﻪُ ﻧَﺎﺭٌ ﻧُّﻮﺭٌ ﻋَﻠَﻰ ﻧُﻮﺭٍ ﻳَﻬْﺪِﻱ ﺍﻟﻠَّﻪُ ﻟِﻨُﻮﺭِﻩِ ﻣَﻦ ﻳَﺸَﺎﺀ ﻭَﻳَﻀْﺮِﺏُ ﺍﻟﻠَّﻪُ ﺍﻟْﺄَﻣْﺜَﺎﻝَ ﻟِﻠﻨَّﺎﺱِ ﻭَﺍﻟﻠَّﻪُ ﺑِﻜُﻞِّ ﺷَﻲْﺀٍ ﻋَﻠِﻴﻢٌ “Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nuru içində işıqlı çıraq olan çıraqqabı (qəndil) kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) bərəkətli zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır parlasın. (Yağın, çırağın, şüşənin və qəndilin nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.” ” Allahın nuru dedikdə, şübhəsiz, Onun zatı nəzərdə tutulmur və o, dərkolunmazdır. Çox güman ki, bu nur Onun iradəsinin təzahürüdür. Çünki növbəti ayədə ona müəyyən cəhət verərək belə buyurur: ﻓِﯽ ﺑُﯿﻮﺕٍ ﺃَﺫِﻥَ ﺍﻟﻠَّﻪُ ﺃَﻥْ ﺗُﺮْﻓَﻊَ ﻭَﯾﺬْﻛَﺮَ ﻓِﯿﻬَﺎ ﺍﺳْﻤُﻪُ ﯾﺴَﺒِّﺢُ ﻟَﻪُ ﻓِﯿﻬَﺎ ﺑِﺎﻟْﻐُﺪُﻭِّ ﻭَﺍﻟْﺂﺻَﺎﻝِ “(Bu ilahi nur) Allahın ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.” (“Nur” surəsi, ayə 36.) Allah-Taalanın nuru haqda təfsir alimləri bir sıra mülahizələr yürütmüşlər: #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Müştərək həyatı öz təsiri altına sala bilən amillərdən biri - ictimai və sevgi büluğuna çatmamaqdır. Bir-biri ilə ailə quran hər iki tərəf o zaman ki, bir-biri ilə görüşər, bu amil ortaya çıxmaz və sonradan ailə qurandan sonra özünü göstərər. Bir insanın ictimai və sevgi büluğuna çatmaması - təbii bir haldır. Bu cür insanların başqaları ilə heç bir fərqi olmaz. Onlar zahiri cəhətdən büluğa çatan insana bənzəyirlər. Əslində isə vəzifəni və məsuliyyəti boynuna götürə bilməyən uşaqdırlar. Bu insanların həyat yoldaşı olmaq kimi ağır vəzifəni boyunlarına götürmək tutumları yoxdur. Bu cür insanlar adətən o kəsdən asılı olurlar ki, onun bu ağır vəzifəsini özü boynuna götürmüşdür. O kəs ki, sevgi baxımından kamil şəkildə inkişaf etmişdir, ictimai həyatda da başqaları ilə gözəl rabitə qurarlar. Bu insanlar məsuliyyəti qəbul edib, öhdəsinə götürə bilir. Hər bir şəraitə uyğunlaşa bilirlər. Sevgi büluğunun müxtəlif mərhələləri vardır. Məhəbbət göstərmək və başqalarından sevgi almaq - sevgi büluğunun ilk nişanələrindəndir. O kəslər ki, belə bir büluğa çatmayıblar, həmişə sevgi və məhəbbəti başqalarından gözləyərlər. Öz zəif cəhətlərini gizlədərlər. Tənqidi eşitmək qabiliyyətinə malik deyildirlər. Həsəd aparar və çox az insanı bağışlayrlar. - Əsəbilik, qərarsızlıq, stress və güclü bağlılıq, özünə etimad etməmək; - Ətrafdakılara görə tez qərar çıxartmaq; - İşləri haqqında sərbəst qərar verə bilməmək; - Məsuliyyəti qəbul etməkdə gücsüz olmaq; - Tələskənlik; - Həyatdakı fürsətləri əldən vermək; - Hər kəsi öz rəqibi bilmək; - Təkəbbürlü və eqoist olmaq; - Tərslik və başqalarının çətinliklərinə qarşı laqeyd olmaq - sevgi büluğuna çatmayan insanların xüsusiyyətlərindəndir. Bir insanın ictimai büluğa çatmaması da boşanmalara yol açan amillərdəndir. Bu ictimai amillərin bəzisinə işarə edək. 1. Etimad ediləsi olmamaq. Həmişə söz verdiyi yerə gecikməsi və insanlarla bağladığı qərarları unutması, davamlı işlərini yaddan çıxartması, ətrafında olanları ümidsiz etməsi – bu amillərdəndir. 2. İqtisadi məsuliyyəti qəbul etməmək. Tənbəllik, həddən artıq pul xərcləmək, peşəsini davamlı olaraq dəyişmək kimi. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Şükür etməyi bilmirik. Əlimizdə olanların qiymətini bilmirik və yaxud da itirincə anlayırıq. Bitmək, tükənmək bilməyən istəklər. Pul, mövqe istəyi ilə dolduq. Ən əhəmiyyətli şeyləri unutduq... Ən əhəmiyyətli şeylər üçün şükür etməyi unutduq... Niyə əlimizdəkilər üçün şükür etmirik?! Niyə həyatımızın və sağlamlığımızın qiymətini bilmirik?! Niyə heç cür özümüzü xoşbəxt hiss edə bilmirik?! Niyə gülmürük?! Niyə yaxşılıq etməyi unutduq?! Ən əhəmiyyətlisi, niyə bu dünyanın fani olduğunu unutduq?! Çünki kiçik şeylərlə xoşbəxt olmağı unutduq. Əlimizdəkilərə qiymət verməyi unutduq. Ən əhəmiyyətlisi, sağlam olduğumuz üçün şükür etməyi unutduq. Halbuki, əvvəlcə aldığımız hər nəfəsin qiymətini bilməliyik və şükür etməliyik. Bir saniyə sonrasının zəmanəti yox həyatımızda. Anların qiymətini çox yaxşı bilməliyik. Həyat bizə deyil, biz ona sıx sarılmalıyıq, biz görməliyik günəşin gözəl rənglərini, biz çəkməliyik havanı içimizə. Heç düşündünüzmü, səmanı bir daha görə bilməməyi...? Heç düşündünüzmü, sevdiklərinizə bir daha baxa bilməməyi...? Heç düşündünüzmü, bir daha su içə bilməməyi...? Heç... heç... və s... Halbuki, hər gün etdiyimiz amma fərqində olmadığımız nə qədər sadə gözəlliklər. Amma biz nə edirik? Həmişə mənfilikləri görürük, ən kiçik bir şeyi belə özümüzə dərd edib özümüzü üzürük. Dəyməz...! Nə özümüzü üzməyə, nə də başqalarını. Uçurumun təhlükəsini ucuna gəldiyinizdə anlarsınız. Əgər düşsəniz gec olar, amma, fərqində olsanız təhlükənin bax o anda dəyişər hər şey. Həyat aldığımız nəfəsdən daha qısadı... Əvvəlcə hər səhər gözlərimizi açdığımız və sağlam olduğumuz üçün "Çox Şükür Allahım" deməliyik. Yaxşı ki, varam deməliyik... Sonra ətrafımızdakılara yaxşı ki, var olduqlarını xatırlatmalıyıq... Və onlarla xoşbəxt olub şükür etməliyik. Həyatda çətinliklər vardır, amma, bu sözü heç ağlımızdan çıxarmayaq: Bir gün dünyaya aid böyük bir dərdin olsa Rəbbinə dönüb, "Mənim böyük bir dərdim var!" dəmə, dərdinə dönüb "Çox şükür mənim böyük bir Rəbbim var!" de. Unutmayaq ki, heç bir sual cavabsız, heç bir dərd dərmansız deyil. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Salam Aleykum və rəhmətullah.Bu həftənin kitabı Ayətullahul üzma Seyid Əli Xameneinin yazdığı 250 yaşlı insan. Kitabda 14 Məsumun siyasi həyat və mübarizəsinə dair seçmələr. #book #azerbaijan #read #islam #ahlibeyt14mesum
#yaAllah ❤ İnsanlar arasında gözəllik axtarışı müxtəlif hədəflərlə olur. Bəziləri özlərini ona görə gözəlləşdirirlər ki, ictimai məqama sahib olsunlar. Bəziləri başqalarının diqqətini özünə cəlb etmək üçün belə edirlər. Bəziləri isə özlərini gözəlləşdirməkdəki hədəfi zati bir istək kimi qiymətləndirir, istəsələr də, istəməsələr də gözəl görünməyi xoşlayırlar. İslam dini də gözəllik axtarışında olmağı bəyənir. Ancaq bu gözəllyi zahirdə deyil, məhz əxlaqda, əməldə axtarmağı tövsiyə edir. Belə ki, Allah buyurur: “Allah sizin zahirinizə nəzər salmır, bəlkə sizin qəlbinizə nəzər salır”. Allahın bizə əta etdiyi nemətlər içərisində gözün xüsusi yeri vardır və hədislərdə də bu bədən üzvünə çox işarə edilmişdir. Belə ki, Allah Təala buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (“Nəhl” 78). Quranın nəzərində ən gözəl göz hansıdır? Quranın nəzərində ən gözəl göz o gözdür ki, heç bir zaman naməhrəmə baxmır. Göz nə qədər harama baxarsa, gözəlliyi get-gedə azalar. Nəticədə ən çirkin gözə çevrilər. Quran bu cür gözlərə tövsiyə edir:“Mömin kişilərə de ki, gözlərini yumsunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30). Bir məsələyə də diqqət etmək lazımdır ki, dünyanın bəzi qəribəlikləri və gözəllikləri vardır ki, onu ancaq gözəl gözlər müşahidə edə bilərlər. Bu gözlər haramı görmədikləri üçün o qədər gözəl gözlərdir ki, heç kəsin görmədiyi qəribəlikləri görə bilirlər. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur:“Gözlərinizi haramdan bağlayın ki, heyrətlikləri görəsiniz”. Gözlərimizi bu cür insanlara baxaraq gözəlləşdirə bilərik. Belə ki, insan gözünü haramdan bağlamaqla yanaşı, bəzi tövsiyə edilmiş insanlara baxaraq, gözəlləşdirə bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Alimin simasına baxmaq ibadətdir. Adil rəhbəri və hakimi görmək də ibadətdir. Ata və anaya məhəbbət və sevgi ilə baxmaq və Allaha görə sevdiyin döstuna nəzər salmaq da ibadətdir”. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Nə Yer kürəsi bizim əlimizdədir, nə də səma. Nə yağış, nə də külək. Biz bu dünyaya öz ixtiyarımızla gəlməmişik. Öz ixtiyarımızla edə biləcəyimiz hünər budur ki, dünya imkanlarından düzgün istifadə edək. Biz öz ixtiyarımızla yaxşı və pis işlər görə bilərik. Bizim bu dünyadakı ən böyük hünərimiz – niyyətimizdir. Niyyət işlərə və əməllərə dəyər verər. Həzrət Peyğəmbər (s) buyurur:“İşlərin dəyəri niyyətindədir. Hər kəs niyyətinə uyğun olaraq bəhrələnər”. Niyyət dedikdə insanın bir işi Allah rizası və Ona yaxınlaşmaq, əzabından uzaq olmaq üçün yerinə yetirməsi nəzərdə tutulur. Əgər insan bir işi Allaha xatir deyil, başqa niyyətlə yerinə yetirsə Allah yanında mükafatı olmaz. Ona görə də insanın məhz Allahla bağlı olan əməlləri dəyərlidir. Yəni, İlahi niyyətlə yerinə yetirilən əməllər. Əgər siz bir işi başqa insanların razılığını əldə etmək üçün yerinə yetirsəniz və o da sizə təşəkkür etsə - bu, qısamüiddətli bir mükafatdır. Lakin Allah əzəli və əbədidir. O, hər bir şeydən agah və xəbərdardır. Ürəyimizdən keçən gizli sirləri bilir. Bəs niyə Allah üçün iş görməyək, Onunla ticarət etməyək? “(Bəli, bizim qəlblərimizin imanı) İlahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik”. (“Bəqərə” 138). O kəsin ki, niyyəti İlahi olar, heç bir zaman məğlub olmaz. Ona görə də əgər həyatda həmişə qalib olmaq istəyirsənsə, niyyətini həmişə Allaha xatir et! Allaha xatir sileyi-rəhm et, Allaha xatir yoxsula əl tut, valideynlərinə yaxşılıq et, infaq et. Muxlis insan həyatın hər bir şəraitindən razı olar. Çünki xalis təslim olandır. Həyatına İlahi rəng qatmışdır. Bu cür insan həyatda hər bir şeyi Allahla bağlayar. Deyər ki, yəqin ki, Allah bu cür istəyir. Qəza və qədərinə razı olar. Beləliklə deyə bilərik ki, niyyət əməlimizə dəyər verir. Əgər niyyətimiz İlahi olarsa, o zaman həyatda qalib gələnlərdən olarıq. Axirətimizi isə abad edərik. /Deyerler.org/ #ahlibeyt14mesum
#yaAllah ❤ Qurani-Kərimin 23-cü surəsi olan “Muminun” surəsi 118 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Adından göründüyü kimi, surənin mühüm bir hissəsində möminlərin siması və iman nişanələrindən söz açıldığı, əqidə və əməllərə xüsusi önəm verildiyi üçün, surə “Muminun” (möminlər) adlandırlmışdır. Ümumiyyətlə, surədə bəhs olunan mətləbləri bir neçə qismə bölmək olar: –Surə “Qəd əfləhəl-muminun” ( Həqiqətən, möminlər nicat tapdılar, xoşbəxt oldular!) – ibarəsi ilə başlayır və bir neçə ayədə onların nicat və xoşbəxtliyinə səbəb olan xüsusiyyətlərdən söz açılır. –Möminlərin xüsusiyyətləri “tövhid”ə imandan qaynaqlandığından, surənin ikinci hissəsi allahşünaslıq və varlıq aləmindəki ilahi nişanələr, yerin, göyün, insanın (xüsusilə ana bətnində rüşeymin təkamül mərhələrləri), heyvanların və bitkilərin yaradılışına hakim qəribə nizamın nümunələrinə həsr olunur. –Bəhsin təkmilləşməsi məqsədilə, üçüncü qisimdə Nuh, Hud, Musa və İsa kimi peyğəmbərlərin ibrətamiz sərgüzəştlərindən, müxtəlif qövmlərin onların dəvətinə cavabından da danışılır. –Məntiqi dəlillər və sərt ibarələrlə təkəbbürlülərə xəbərdarlıq edilir. –Məad və ölümdən sonrakı həyatdan qısa şəkildə söz açılır. –Allahın varlıq aləminə hakimiyyəti və əmrinin nüfuzlu olması barədə bəhs surənin altıncı qismini təşkil edir. –Nəhayət, surənin yeddinci qismində, yenə qiyamətdən, hesab-kitabdan, xeyirxahların mükafatı, günahkarların cəzasından danışılır və insanın yaradılış hədəfinin açıqlanması ilə surə sona yetirilir. Beləliklə, etiqadi və əməli dərslər məcmuəsi “Muminun” surəsinin möhtəvasını təşkil edir. MÖMİNLƏRİN NİŞANƏLƏRİ Surənin başlanğıcında möminlərin bir sıra nişanələri bəyan olunduğundan, biz də burada həmin nişanələri qeyd etməklə kifayətlənirik: 1. Namazlarını “xüşu” ilə (mütiliklə) qılmaq; 2. Lağlağıdan və boş işlərdən üz döndərmək; 3. Zəkat vermək; 4. Ayıb yerlərini (zinadan, günahdan) qoruyub-saxlamaq; 5. Əmanətdarlıq; 6. Əhd-peymana vəfadarlıq; 7. Namazları qoruyub-saxlamaq (həmişə vaxrlı-vaxtında qılmaq). Göründüyü kimi, surədə möminlərin nişanələrindən söz açarkən, namazla başlayıb namazla da sona yetirir. Bu isə namazın daha mühüm olduğunu bildirir. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Hər bir insan istəyir ki, güclü hafizəyə malik olsun. Çünki güclü hafizə ona elmini artırmaqda və yeni məharətlər əldə etməkdə yardım edən ən mühüm silaha çevrilər. Dinimizin hafizəni gücləndirməklə bağlı tövsiyələri çoxdur. O cümlədən, nələrə əməl edib və nələrdən çəkinməyi bizə məsləhət görüblər ki, onlardan bəzisinə işarə edək. Hafizəni gücləndirmək üçün əməl etməli olduqlarımız: 1. Quran tilavət etmək və əzbərləmək. 2. Çox yatmaqdan, çox yeməkdən və ağır yeməklər yeməkdən çəkinmək. 3. Hafizəni gücləndirən duaları oxumaq. O cümlədən: Həzrət Peyğəmbər (s) bu duanı İmam Əliyə (ə) təlim vermişdi ki, onu təkrar edərək hafizəsini gücləndirsin: « سُبْحانَ مَنْ لا يَعْتَدي عَلي اَهلَ مَمْلَكَتِةِ، سُبْحانَ مَنْ لا يَاْخُذُ اَهْلَ الْاَرضِ بِاَلْوانِ الْعَذابِ ، سُبْحانَ الرَّؤُفِ الرَّحيمِ ، اللهُمَّ اجْعَلْ لي في قَلبيْ نُوراً و بَصَرَاً و فَهْماً و عِلْماً ، اِنَّكَ عَلي كُلِّ شَيئٍ قَديرٌ Həmçinin mütaliə zamanı bu zikri demək tövsiyə olunur: « اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ 4. Dişləri misvak etmək. 5. Bal yemək. 6. Kündür və zəncəfil yemək (az miqdarda). 7. Kifayət qədər istirahət etmək. 8. Kifayət qədər gəzintiyə çıxmaq. Hafizəni zəiflədən əməllər: 1. Günah etmək. 2. Turş şeyləri çox yemək. 3. Çoxlu gülmək. 4. Müəllimə hörmətsizlik etmək. 5. Pendiri çox yemək. 6. Dünya üçün çoxlu qəm yemək. 7. Qəbirlərin üzərindəki yazıları oxumaq. 8. Dara çəkilən insana tamaşa etmək. 9. Çoxlu su və maye içmək. 10. Yeməyi qaynar yemək. 11. Hafizədən az istifadə etmək. /Deyerler.org/ #ahlibeyt14mesum
#yaAllah ❤ Salam aleykum. bu gündən etibarən bəzi günlərdə oxuduğum kitabları sizlərlə paylaşacağam. Bu günki kitab #İlqarKamil in Səmavi mesajlar kitabıdır. Kitabda Quran ayələri və İncildən mesajlardır. Sizə oxumağı tövsiyyə edirəm. oxuyarkən çox düşünəcəksiniz. #book #bookstagram #ahlibeyt14mesum
#yaAllah ❤ Qədir-Xum hadisəsinə əhəmiyyət vermək - Əziz Peyğəmbərin (s) risalətinə əhəmiyyət vermək deməkdir. Məsumların (ə) mübarək dilindən bu hadisə haqqında deyilənləri izləyək. Allahın Rəsulu (s). Şeyx Səduq “Əmali” adlı kitabında İmam Sadiqdən (ə), o da cəddindən belə nəql edir: “Bir gün Əziz Peyğəmbər (s) Əmirəl-möminə (ə) buyurur: Ey Əli! Allah “Maidə” surəsinin ayəsini sənin vilayətin haqqında nazil etmişdir. Əgər mənə əmr edilən şeyi təbliğ etməsəm, əməlim batil olar. O kəs ki, Allahla sənin vilayətin olmadan görüşərsə, əməli batildir. Ey Əli, mən Allahın kəlamından başqasını demirəm”. İmam Əli (ə). Səlim ibni Qeys Həlali, Əmirəl-möminin (ə) Əbu Bəkrlə beyətinə işarə edərək, demişdir: “Əli (ə) insanlara buyurdu: “Ey müsəlmanlar, mühacirlər və ənsarlar. Məgər eşitməmisinizmi ki, Peyğəmbər (s) Qədir-Xum günü bunları deyib?” Sonra Peyğəmbərin (s) həmin günü buyurduqlarını insanlara dedi və onlar dedilər ki, düz deyirsən. Sonra Əbu Bəkrə dedi: “Qədir-Xum günü Peyğəmbərdən (s) gələn bu hədisəyə əsasən mən sənin və müsəlmanların mövlasıyam, yoxsa sən?”. Əbu Bəkr dedi: “Sən””. Həzrət Fatiməyi-Zəhra (s.ə). Həzrət Fatiməyi-Zəhradan (s.ə) soruşurlar: “Atanız vəfat etməmişdən qabaq Əlinin (ə) vilayəti haqda bir şey deyibmi?” Xanım buyurub: “Qəribədir, siz Qədir-Xum gününü yaddan çıxartmısınız?!”. İmam Həsən Müctəba (ə). İmam Cəfər Sadiqdən (ə) belə nəql edilir: “İmam Həsən (ə) Müaviyə ilə atəşkəs etmək istəyəndə ona buyurmuşdu: “Müsəlman ümməti Peyğəmbərdən (s) eşidiblər ki, atam haqqında buyurub: “Sənin mənə nisbətin Harunun Musaya (ə) olan nisbəti kimidir”. Həmçinin görüblər ki, Peyğəmbər (s) onu Qədir-Xum günü İmam təyin etmişdir”. İmam Hüseyn (ə). Səlim ibni Qeys yazır: “İmam Hüseyn (ə) Müaviyənin (lən) ölümdən qabaq Allah Evini ziyarət edir. Sonra Bəni-Haşimi toplayıb, deyir: Bilirsinizmi ki, Peyğəmbəri-Əkrəm (s) Əlini (ə) Qədir-Xum günü təyin etmişdir?” Hamı dedi: “Bəli””. İmam Zeynəlabidin (ə). İbni İshaq yazır: “Əli ibni Hüseynə (ə) dedim: #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Allah Təala sonuncu Peyğəmbəri (s) tərəfindən bizlərə elə misilsiz din nazil etdi ki, tayı-bərabəri yoxdur və insanlardan istədi ki, onu can və ürəklə qəbul etsinlər. Dinimiz elə əvvəl günlərindən İslam adlandırılmışdır. Sonuncu İlahi din kimi bəşərə təqdim edilmişdi. “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din, Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19). “İslam” kəlməsinin mənası “Təslim olmaq” deməkdir. Yəni, Allahın əmrləri qarşısında təslim olmaq. Əslində hər bir zaman və əsrdə dinin ruhu Allaha təslim olmaqdan başqa bir şey olmamışdır. Sadəcə adları fərqli olmuşdur: Musəvilik, Məsihilik... Qeyd etmək lazımdır ki, hər bir din təhrif və dəyişdirilməmişdən əvvəl bir-biri ilə heç fərqlənmirdi. Hər birinin bünörəsində tövhid, yeganəpərəstlik, Allahın əmlərini yerinə yetirmək dururdu. Daha aydın olmaq üçün deyə bilərik ki, hər bir tövhid dininin üç hissəsi olmuşdur: əqaid, əxlaq və əhkam. Əqaid və əxlaq bölmələri bir-biri ilə həmahəng olmuşdur. Aralarında elə bir mühüm fərq olmamışdır. Lakin üçüncü bölməsi olan əhkamda aralarında fərq vardır. Əslində bu fərq həmin əhkamın keyfiyyət və kəmiyyətində olmuşdur. Lakin hər birinin hədəfi tövhid olmuşdur. Namaz, oruc, hicab - ancaq İslam dininə aid deyildir. Başqa dinlərdə də mövcuddur. Nümunə üçün deyə bilərik ki, Həzrət İsanın (ə) gətirdiyi dində namaz ən mühüm vacibat hesab edilirdi. Həzrət İsa (ə) doğulduğu ilk gündən insanlara namaz haqqında danışaraq heyrətə salmışdı. Quran buyurur: “(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən - Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb”. (“Məryəm” 30-31). Zərdüşt dininə nəzər salan zaman da görmək olur ki, namaz onların dinində də ən mühüm vacibat hesab olunmuşdu. Onların namazı müsəlmanların namazına çox bənzəmişdir. Onlar da gündə beş dəfə xüsusi dualarla namaz qılardılar. Lakin onun həqiqi siması necə olmuşdur, əlimizdə dəqiq məlumat yoxdur. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Bu gün Əhli-beyt (ə) davamçılarının onuncu İmamı - İmam Əliyyən-Nəqinin (ə) mövlud günüdür. İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” də deyirdilər. İmam Hadi (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. O, hələ uşaq olmasına baxmayaraq, bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. O Həzrətin (ə) İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur. Çətin dövr İmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri İslam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülmü ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi.Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də, bu oyun yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verdi ki, şəhidlər ağası İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək, əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə yaxınlıqda gözətçilər saxlanılsın. İmam Hüseynin (ə) qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O qorxurdu ki, İmam Hüseynin (ə) məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib, o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın.  #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ 78 ayədən ibarət olan “Həcc” surəsi Qurani-Kərimin 22-ci surəsidir və Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrətinin ilkin çağlarında, “Bədr” döyüşündən öncə Mədinədə (“Nur” surəsindən sonra və “Munafiqun” surəsin qabaq) nazil olmuşdur. “Həcc” sözü lüğətdə bir işin yerinə yetirilmə məqsədi mənasını bildirir. İslam şəriətində isə hər il Məkkədə keçirilən xüsusi mərasimə “həcc” deyilir. Surənin 25-ci ayəsindən 37-ci ayəsinə qədər Kəbə evi, onun tarixi, həccin ictimai-siyasi əhəmiyyəti haqqında danışıldığından, surə “Həcc” adlandırılmışdır. Surənin 39-cu ayəsi “cihad” haqda nazil olmuş ilk ayədir. İslamın əvvəllərində Məkkə müşrikləri müsəlmanlara ağır işkəncələr verdiyindən, müsəlmanlar dəfələrlə Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib, bu dözülməz vəziyyətə görə gileylənmişdilər. O həzrət cihada məmur olunmadığından həmişə onları səbirli və dözümlü olmağa dəvət edirdi. Nəhayət, hicrətdən sonra “Həcc” surəsinin 39-cu ayəsi nazil olaraq, müsəlmanlara müşriklərlə döyüşmək və cihad etmək üçün icazə verildi. (“Məcməül-bəyan”, Təbərsi; “Əd-duruul-mənsur”, Süyuti, uyğun ayənin təfsirində.) Həmin ayədə belə byurulur: ﺃُﺫِﻥَ ﻟِﻠَّﺬِﻳﻦَ ﻳُﻘَﺎﺗَﻠُﻮﻥَ ﺑِﺄَﻧَّﻬُﻢْ ﻇُﻠِﻤُﻮﺍ ﻭَﺇِﻥَّ ﺍﻟﻠَّﻪَ ﻋَﻠَﻰ ﻧَﺼْﺮِﻫِﻢْ ﻟَﻘَﺪِﻳﺮٌ “Zülmə məruz qaldıqlarına görə döyüşənlərə (kafirlərə qarşı Allah yolunda döyüşməyə) icazə verilmişdir. Əlbəttə, Allah onlara yardım etməyə qadirdir.” Ümumiyyətlə, “Həcc” surəsinin möhtəva baxımından mətləbləri neçə hissəyə bölünür: 1. Bir qisim ayələr məad məsələsi, onun məntiqi dəlilləri, qafil insanların qiyamətin səhnələrindən qorxudulması və bu kimi mətləblərə aiddir. Bu məsələlərə elə surənin 1-ci ayəsindən toxunulur və surənin mühüm bir hissəsini təşkil edir. 2. Bəzi ayələr şirk və müşriklərlə mübarizəyə həsr olunur və insanların diqqəti Allah-Taalanın əzəməti və varlıq aləmindəki nişanələrinə yönəldilir. 3. Surənin bir hissəsində insanlar keçmiş qövmlərin sərgüzəşti və onlara nazil olan ağrılı-acılı ilahi əzablardan ibrət götürməyə dəvət olunurlar. Bu hissədə Nuhun qövmü, Ad və Səmud qövmü, İbrahim və Lutun qövmü, Şüeyb və Müsanın qövmü xatırlanır. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Psixoloji təzyiq müasir dövrün ən çox yayılmış xəstəliyidir. Psixoloqların bu xəstəliklə mübarizə yolları müxtəlifdir. Quran isə min illərdir ki, müxtəlif diyarlardakı, müxtəlif psixologiyaya malik insanları özünə cəlb etməyi bacarmışdır. Onların həyat tərzini dəyişərək, ictimai həyatları üçün müəyyən qanunlar tərtib etmişdir. Quran insanla bağlı hər bir sahəyə diqqət edir və bu sahələrdən biri də insan psixologiyasıdır. Quranın nəzərinə görə psixoloji xəstəliklərlə mübarizə aparmağın ilk yolu - fitrətə qayıtmaqdır. Fitrət xüsusi zaman və məkana tabe deyildir. Bəlkə bütün insanlara aiddir. Quranın nəzərinə görə psixoloji pozgunluq - fitri pozgunluğun nəticəsidir. Fitrət insana psixoloji rahatlıq gətirir. İnsanda iki qüvvə vardır ki, onlardan biri fitri və o biri isə şəhvani qüvvədir. Fitri qüvvə insanı təkamülə, qəlbi səlimə və ağılla iş görməyə dəvət edir. Bunun əksi olan şəhvani qüvvə isə insanın nəfsi əmmarəsi tərəfindən idarə edilir və onun təsiri altında qəlb xəstələnər və insanı yanlış yollara tərəf çəkər. İnsan ömrünün sonuna qədər bu iki qüvvənin mübarizəsinə şahid olar. Bu qüvvələrdən heç biri tamamilə məhv olmaz, ən azı zəifləyə bilər. Hər bir qüvvəni zəiflətəməyə qadir olan amil - ağılla iradənin bir-biri ilə həmahəng olmasıdır. Ağıl - evin sahibidir və onu fitri qanunlar əsasında əldə edərək, evində rahat yatır və havayi-nəfs isə oğru kimi bu evə soxulur. İmam Sadiq (ə) buyurur: "Havayi (nəfs) daima oyaqdır, ancaq ağıl yatır”. İmam Əli (ə) buyurur: "Şəhvət, üsyankar at kimidir və üzərində atlı əyləşmişdir, ancaq yüyəni əlindən çıxmışdır. Təqva, (ağıl) sakit və itaətkar at kimidir ki, üzərində atlı əyləşmişdir, idarəsi öz əlindədir”. "Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir.” ("Taha” 50). "İnsana bilmədiyini öyrətdi.” ("Ələq” 5). İnsan inkişaf etmək üçün ancaq bir neçə İlahi vacibatı yerinə yetirməməlidir, bəlkə bütün İlahi təlimlərə əməl etməlidir. Quranda bu yol siratül-müstəqim kimi adlandırılmışdır. Bu həmin müştərək fitrət yoludur, yəni ağılla, dinin yoludur. İnsanın gərək bəsirəti olsun ki, bu düz yoldan azmasın. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Əbuzər Qəfarinin əlinə bir məktub çatdı. Məktubu açıb oxudu. Məktub sahibi ondan elm və nəsihət istəmişdi. Həmin şəxs Əbuzəri tanıyırdı və bilirdi ki, Peyğəmbərin nəzərində hörmət sahibidir və o həzrət çoxlu hikmətli sözləri Əbuzərə təlim verib. Əbuzər məktubu qısa bir cümlə ilə cavablandırdı: أنَّ العِلمَ كَثيرٌ و لكنْ إن قَدَرتَ أن لا تُسِيءَ إلى مَن تُحِبُّهُ فَافعَلْ “Elm çoxdur, lakin bacarırsansa, hamıdan çox sevdiyin şəxsə pislik etmə.” Məktubu göndərdi. Həmin şəxs Əbuzərin məktubunu açıb oxudu, amma bir şey başa düşmədi. Öz-özünə dedi: “Bu cümlələrdə məqsəd nədir? “Hamıdan çox sevdiyin şəxsə pislik etmə” sözü ilə Əbuzər nə demək istəyir?” Bu, aydın bir məsələdir. Heç insan sevdiyi bir şəxsə pislik edərmi? Nəinki pislik etməz, hətta onun üçün malı, canı, olan-qalanını da fəda etməyə hazır olar. Digər tərəfdən, öz-özünə fikirləşdi ki, bu sözü deyənin şəxsiyyətini gərək nəzərdən qaçırmayasan. Bu cümləni deyən Əbuzərdir. Əbuzər ümmətin Loğmanıdır. Çarə yoxdur, izahı onun özündən soruşmalıyam. Yenidən Əbuzərə məktub yazıb bir qədər izah etməsini xahiş etdi. Əbuzər cavabında yazdı: نَعَم، نفسُكَ أحَبُّ الأنفُسِ إلَيكَ، فإذا أنتَ عَصَيتَ اللّه َ فقد أسَأتَ إلَيها؛ “Hamıdan çox sevdiyin şəxs dedikdə, məqsədim elə sən özünsən, başqası deyil. İnsan özünü hamıdan çox sevir. “Hamıdan çox sevdiyin şəxsə pislik etmə” deyərkən sənin özünlə düşməncəsinə rəftar etməməyini nəzərdə tutmuşam. İnsan hansısa bir günaha mürtəkib olduqda, Allaha asi olduqda, özünə pislik etmiş olur, zərəri elə onun özünə dəyir?!” (“Əl-kafi”, 2-ci cild, səh.458, hədis 20.) Bu da “Casiyə” surəsinin 15-ci ayəsi: مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا “Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar!...” #ahlibeyt14mesum
#yaAllah ❤ Qurani-Kərimin 21-ci surəsində yer alan “Ənbiya” (Peyğəmbərlər) surəsi 112 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. –Bu surə adından da göründüyü kimi, peyğəmbərlər surəsidir və surənin 48-91-ci ayələrində on yeddi peyğəmbərin adı çəkilir; bəzi peyğəmbərlərin yalnız adına işarə olunur, bəzilərinin də sərgüzəştlərini n bir qisminə toxunulur. Həmin peyğəmbərlər bunlardır: Musa, Harun, İbrahim, Lut, İshaq, Yəqub, Nuh, Davud, Süleyman, Əyyub, İsmayil, İdris, Zul-Kifl, Zun-Nun (Yunis), Zəkəriyya və Yəhya (əleyhimus-salam). –Surədə adıçəkilən peyğəmbərlər arasında İbrahim peyğəmbərin macərası ətraflı izah olunur, onun bütpərəstlərlə mübahisə və mübarizəsi, bütləri sındırması, tonqala atılması və nicat tapması xüsusi vurğulanır və 51-70-ci ayələr bu mövzuya həsr olunur. –Surədə İslam Peyğəmbəri (s) ilə həzrət İsa-Məsihin (ə) adı aşkar çəkilməsə də, onlar barəsində də söz açılır. Surə “Peyğəmbərlər” adını daşıdığı üçün onların proqram və missiyalarından danışılır. –Ümumiyyətlə, Məkkədə nazil olmuş surələrdə daha çox dini etiqadlara, məxsusən, tövhid və məad bəhslərinə önəm verilir və bu məsələ uyğun surədə də tamamilə əks olunur. Surənin 25-ci ayəsinə sasən, “tövhid” prinsipi bütün ilahi peyğəmbərlərin proqramında birinci yerdə dayanır. Həmin ayədə buyurulur: ﻭَﻣَﺎ ﺃَﺭْﺳَﻠْﻨَﺎ ﻣِﻦ ﻗَﺒْﻠِﻚَ ﻣِﻦ ﺭَّﺳُﻮﻝٍ ﺇِﻟَّﺎ ﻧُﻮﺣِﻲ ﺇِﻟَﻴْﻪِ ﺃَﻧَّﻪُ ﻟَﺎ ﺇِﻟَﻪَ ﺇِﻟَّﺎ ﺃَﻧَﺎ ﻓَﺎﻋْﺒُﺪُﻭﻥِ “(Ey Muhəmməd!) Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona “Məndən başqa məbud yoxdur, yalnız Mənə pərəstiş edin!” – deyə vəhy etməmiş olaq.” –Sözügedən surənin bir qismində haqqın batilə, təkallahçıların müşriklərə, haqq-ədalət carçılarının İblis ordusuna qələbəsindən söhbət olunur. –Surədə müjdədən daha çox xəbərdarlıqla rastlaşırıq. “ƏNBİYA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ “Ənbiya” surəsini oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü və peyğəmbərlə görüş bu bərəkətlərdəndir; bu şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun. İmam Sadiq (ə) buyurur: ﻣﻦ ﻗﺮﺃ ﺳﻮﺭﺓ ﺍﻻﻧﺒﻴﺎﺀ ﺣﺒﺎ ﻟﻬﺎ ﮐﺎﻥ ﻣﻤﻦ ﺭﺍﻓﻖ ﺍﻟﻨﺒﻴﻴﻦ ﺃﺟﻤﻌﻴﻦ ﻓﻲ ﺟﻨﺎﺕ ﺍﻟﻨﻌﻴﻢ ﻭ ﮐﺎﻥ ﻣﻬﻴﺒﺎ ﻓﻲ ﺃﻋﻴﻦ ﺍﻟﻨﺎﺱ ﺣﻴﺎﺓ ﺍﻟﺪﻧﻴﺎ #quran #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Ey duanı eşidən, ey göyləri qaldıran! Zəifə bəxşiş verən, ey əbədi hökmran! Ey günah bağışlayan, gizlin işdən xəbərdar! Ey eyiblər örtüsü, ey hər müşkülə açar! Ey ən üstün sifətlər, yerdən toxum göyərdən! Ey çürümüş sümüyə yenidən həyat verən! Ey sürətli buluddan yağış yağdıran qüdrət! Ey qıtlığı bolluğa döndərən uca hikmət! Ey o dibsiz göyləri öz hökmüylə saxlayan! Ey zülmətlər qoynunda ulduzları parladan! Ey sübhü yaran qüvvə, ey uğurlar göndərən! Küləyinin gücüylə buludlar pərən-pərən! Ey dağların kökünü yerdə eyləyən möhkəm! Ulu sənət sahibi, ey hər şeydən müqəddəm! Ey düz yola bələdçi, düzə, doğruya sərpa! Ey ruzilər paylayan, yurdları edən bərpa! Ey fitnədən pənahım, ehtiyacım olan kəs! Bir əmrinin nüfuzu yerə - göyə edər bəs. Ey tiflə yemək verən, ey xəstələr şəfası! Əsirlər azad edən, çarəsizin ətası! Ey izzəti səbəbi, mənə bəxş edən həyat! Qəm-qüssədən uzaq tut, Səndən istərəm nicat. Hifz et o kəsdən məni, qiyaməti unutmuş, Nəfsə uyub, mübarək dərgahından qovulmuş. Ey məxluqi yedirən, quşlara qanad verən! Sən nə qədər bilikli, hər bir şeyi Görənsən! Ey hər kəsin üstündə nəzərləri sərbəsər! Sənin nəzarətindən qaça bilməz bir nəfər. Ey yaxşı əməlləri qəbul eyləyən hakim! Sən xoş olarsan ondan, yaxşı iş görsə hər kim. Məxluq üçün qoyduğun təkliflər, vəzifələr, Lütfünün qarşısında kiçik, yüngül görünər. Ey bizlərdən əzabı uzaqlarda saxlayan! Ey hamıya ədalət günəşi tək parlayan! Ey baxışları görən, sözü eşidən Xaliq! Ləzzətləri bəxş edən, hesabında müdəqqiq. #ahlibeyt14mesum
#yaAllah ❤ İmam Məhəmməd Baqirin (ə) həyatı barədə qısa məlumat İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) Şəhadəti vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər,ləqəbləri Baqir, Baqirül-ülum (əleyhis səlam) olmuşdur. Anası İmam Həsənin (əleyhis səlam) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhis səlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhis səlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində qəsbkar xəlifə Hişam ibn Əbdülməlik (Allahın lənəti daim ona olsun) tərəfindən Mədinə şəhərində Şəhid olmuşdur, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il davam etmişdir. Elmi inqilabın banisi İmam Məhəmməd Baqir (ə) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani,həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ 20)Qurani-Kərimin 20-ci surəsi və 16-cı cüzündə yer alan “Ta-ha” surəsi 135 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Bu surə də “müqəttəə hərfləri” – “Ta-ha” ilə başlayır və məşhur nəzərə görə, “müqəttəə hərfləri” Allah-Taala ilə Onun Peyğəmbəri (s) arasında bir rəmzdir. Buna rəğmən, rəvayətlər və təfsir kitablarında “Ta-ha” hərfləri müxtəlif cür mənalandırılmışdır. O cümlədən, imam Sadiqdən (ə) nəql olunan rəvayətdə bildirilir ki, “Ta-ha” Peyğəmbərin (s) adlarından biridir və mənası “Ya talibəl-həqq, əl-hadi iləyhi”dir; yəni “ey haqqı tələb edən və ona doğru hidayət edən!” Bu hədisdən belə anlaşılır ki, “Ta-ha” iki rəmzi hərfdən ibarətdir: “Ta” – “talibul-həqq” (haqqı tələb edən) və “ha” – “əl-hadi iləyhi” (haqqa hidayət edən) mənasına işarədir. Elə bu səbəbdən də, bəzi rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beyti “ali Ta-ha” (Ta-ha övladları) adlandırılmışdır. Necə ki, “Nüdbə” duasında imam Mehdi (ə) “Yəbnə Ta-ha” (Ey Ta-hanın oğlu!) adı ilə çağırılır. (“Biharul-ənvar”, 97-ci cild, səh.375; “Təfsiri-nümunə”, 13-cü cild, səh.157-158.) “Ta-ha” surəsində də digər Məkkə surələrində olduğu kimi, daha çox tövhid və ona etiqadın nəticələri, şirkin bədbəxtlikləri, yaranış və məaddan danışılır. Surənin ilk hissəsində Qurani-Kərimin əzəməti, Pərvərdigarın “camal” və “cəlal” sifətlərinə qısa şəkildə işarə olunur. İkinci hissə həzrət Musanın (ə) sərgüzəştindən söz açan səksəndən çox ayəni ehtiva edir və uyğun surə o həzrətin macərasını ətraflı şəkildə bəyan edən ilkin surədir. Bu ayələrdə həzrət Musanın (ə) peyğəmbər seçilməsi, peyğəmbərlik dönəmindən başlayaraq zülmkar Fironu haqqa dəvət etməsi, sehrbazlarla mübarizəsi və onların iman gətirməsi, həzrət Musanın (ə) Misirdən çıxması, Firon və tərəfdarlarının dəryada qərq olması, nəhayət, həzrət Musa (ə) ilə möminlərin nicat tapması, eləcə də, Bəni-İsrailin buzovpərəstliyi haqda məlumat verilir. Üçüncü hissə məad – ölümdən sonrakı həyat və qiyamətin bir sıra xüsusiyyətlərin ə həsr olunur. Dördüncü hissədə yenə Qurani-Kərim və onun əzəmətindən söz açılır. Beşinci hissədə Adəmlə Həvvanın behişt macərası, Şeytanın vəsvəsələri və nəhayət, onların yer üzünə enişindən danışılır. #quran #ahlibeyt14mesum Ardı👇
#yaAllah ❤ Ərəfə o yerin adıdır ki, hacılar Ərəfə günü oraya gələrlər, dua və ibadətlə məşğul olarlar. Zöhr və əsr namazından sonra isə Məkkəyə qayıdarlar. Bunun səbəbini belə izah edirlər ki, Cəbrayil (ə) o zaman ki, həcc mərasimini İbrahimə (ə) öyrədir, Ərəfata çatan zaman ona buyurur: “Ərəfət”. O cavab verir ki, bəli. Ona görə də bu yeri belə adlandırırlar. Həmçinin nəql edirlər ki, bu yerin insanları öz günahlarını etiraf etdiklərinə görə, bu səhra bu cür adlandırılmışdır. “Ərəfə” sözünün mənalarından biri “səbir etmək” və “dözmək”dir. Həzrət Adəm (ə). İmam Sadiqin (ə) nəql etdiyinə görə Həzrət Adəm (ə) dünyaya enəndən və Allah dərgahını tərk edəndən sonra 40 gün hər səhər Səfa dağının başında ağlar şəkildə səcdəyə gedərdi. Cəbrayil (ə) nazil olur və deyir: “Niyə ağlayırsan, ey Adəm?”. Adəm deyir: “Axı necə ağlamayım ki, Allah məni öz dərgahından çıxartmışdır və dünyaya endirmişdir”. Cəbrayil (ə) deyir: “Ey Adəm! Allah dərgahında tövbə et və Ona tərəf qayıt”. Adəm soruşur: “Necə tövbə edim?”. Cəbrayil (ə) Zilhiccə ayının 8-də Həzrət Adəmi Minaya aparır və Adəm gecəni orada qalır. Səhər Cəbrayil (ə) ilə bir yerdə Ərəfata gedir. Cəbrayil (ə) Məkkədən çıxan zaman ehram bağlamağı ona öyrədir. Ona “Ləbbeyk!” deməyi öyrədir və Ərəfə gününün zöhründən sonrası gəlib çatan zaman təlbihi qət edir. Cəbrayilin (ə) göstərişi ilə qüsl alır və əsr namazından sonra Adəmi (ə) Ərəfatda qalmağa təşviq edir. Allahdan qəbul etdiyi kəlmələri ona təlim verir. Bu kəlmələr ibarətdir: لا الهَ الاّ اَنْتْ “Səndən başqa Allah yoxdur”. عَمِلْتُ سوء وَ ظَلَمْتُ نَفْسی “Pis iş gördüm və özümə zülm etdim”. وَ اِعْتَرِفْتُ بِذَنبی اِغْفرلی “Günahımı etiraf edirəm, məni bağışla”. اِنَّكَ اَنْتَ الغَفور الرّحیمْ “Məni bağışla ki, Sən bağışlayan və mehribansan”. Həzrət Adəmin (ə) əli günəş batan qədər göydə idi və sızlayaraq göz yaşı tökürdü. O zaman ki, günəş batır, Cəbrayil (ə) ilə bir yerdə Məşhərə yollanır. Gecəni orada keçirir və səhər çağı orada ayağa qalxır. Orada da xüsusi kəlmələrlə dua edir və Allah dərgahına tövbə edir. Həzrət İbarhim (ə). #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ Kəbə ərəbcə "əl-Kəb” (الكعب) sözündən götürülüb mənası "kub" deməkdir. Kəbənin şimal-şərq divarıının eni 12,63 m, şimal-qərb divarının eni 11,03 m, cənub-qərb divarının eni 13,10 m, cənub-şərq divarının eni 11,22 m və hündürlüyü 13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır. Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 sm və eni 1,5 m olan ağ mərmərdən tikilmiş yarımdairə şəkilli divar var. Bu ərazi "Hatim" adlanır. Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir. Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. Kəbənin açarları Bəni-Şeybə qəbiləsində saxlanılır. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə yuyurlar. Kəbəni həzrət Adəm Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evi olaraq tikib-qurmuşdur. Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Kəbəni Hz. İbrahim peyğəmbər (ə) bərpa edib. Məhəmməd peyğəmbər (s) hələ hicrətdə – Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytul-Müqəddəsə, Qüds şəhərinə tuturdular. Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. #ahlibeyt14mesum ARDI👇
#yaAllah ❤ “O kəs ki, dəstəmazlı yatar, yatağı onun üçün məscid olar. Yuxusu (o kəsin savabına malikdir ki) namazla məşğul olar, o zamana qədər ki, gecəni səhər edər. Əgər insan dəstəmazsız yatarsa, yatağı onun üçün qəbir olar. Murdar kimi olar və o zamana qədər ki, səhər açılar”. Dəstəmaz almaq bəzən bizləri zəhmətə salsa da, də çox sayda fəziləti vardır. Bir çoxları həmişə gileylənirlər ki, ey kaş namazı dərtəmazsız qılardıq və soyuq havada bizə narahatlıq verir. Ancaq əgər onun fəlsəfəsini bilsək və faydalarını tanısaq həmişə dəstəmazlı olmağa çalışarıq.(Tebyan/Deyerler) Dəstəmazın həm mənəvi və həm də cismi faydaları vardır. Dəstəmazın gətirdiyi cismi faydalar: 1. Ömrü uzadar. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Ənəs! Çalış ki, təmiz və dəstəmazlı olasan ki, Allah ömrünü uzadar. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan, bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”. 2. Hacətlər yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Mən təəccüb edirəm o kəsə ki, hacət və iş dalıncadır, halbuki, dəstəmazlı halda hacəti qəbul olar”. 3. Şəhidin savabı. Peyğəmbərimiz (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, ölüm sorağına gəlsə, bu şəxs dünyadan şəhid getmiş olar”. 4. Ruzisi artar. İmam Sadiq (ə) buyurur: “Hər kim mənzilinin xeyir və bərəkətinin artmasını istəyirsə, yemək yeyən zaman dəstəmaz alsın”. 5. Qəmi aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Yeməkdən əvvəl dəstəmaz və (əl-üzü yumaq) yoxsulluğun aradan getməsinə və ondan sonra isə qəm və qüssənin aradan getməsinə səbəb olar”. 6. Qəzəbi yatızdırar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim qəzəblənsə, dəstəmaz alsın”. 7. Dəstəmazın gigiyenik faydaları. İmam Rza (ə) buyurur: “Sübhan Allah dəstəmaz almağı əmr etmişdir ki, insan Allah dərgahında dua üçün qərar tutan zaman təmiz və pakizə olsun. Onun əmlərinə itaət etsin. Həmçinin insan dəstəmazın vasitəsilə çirkdən və nəcasətdən pak olar. Həmçinin dəstəmaza görə süstlük və yuxululuq aradan gedər. Qəlb namaz üçün və Allah Təalanın hüzurunda olmaq üçün pak olar”. Beləliklə, bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dəstəmaz insanı nəcasət və pisliklərdən pak saxlayar. #ahlibeyt14mesum Ardı👇
#yaAllah ❤ 19)Qurani-Kərimin 19-cu surəsi və 16-cı cüzündə yer tutuan “Məryəm” surəsi Məkkədə nazil olmuş və 98 ayədən ibarətdir. Bu surədə digər Məkkə surələri kimi qiyamət, günahkarların taleyi, yaxşı əməl sahiblərinin mükafatı və şəfaət məsələsindən, eləcə də, həzrət Məryəmin, İsa ibn Məryəm, Zəkəriyya, Yəhya, İbrahim, İsmail və İdris peyğəmbərlərin sərgüzəştlərindən söz açılır. Qurani-Kərimdə 34 dəfə həzrət Məryəmin adı çəkilir və ondan başqa, heç bir qadının adı Qurani-Kərimdə xüsusi qeyd edilməmişdir. Qadın adı ilə adlandırılmış yeganə surə elə “Məryəm” surəsidir. Bu surə də “müqəttəə hərfləri” – “Kaf, ha, ya, əyn, sad” ilə başlayır və “müqəttəə hərfləri”nin Allah-Taala ilə Onun Peyğəmbəri (s) arasında bir rəmz olması ən məşhur nəzər kimi irəli sürülsə də, İslam mənbələrində uyğun surədəki müqəttəə hərfləri haqda ki qisim rəvayət diqqəti cəlb edir: 1. Bir qisim rəvayətlərdə bu hərflərin Allahın böyük adlarından (əsmaul-husnadan) birinə işarə olduğu bildirilir. Belə ki, “kaf” hərfi Allahın böyük adlarından olan “Kafi” (kifayət edin), “ha” hərfi “Hadi” (hidayət edən), “ya” hərfi “Vəliyy” (rəhbər), “əyn” hərfi “Alim”, “sad” hərfi isə “Sadiqul-vəd” (vədinə sadiq olan) adlarına işarədir. (“Nurus-səqəleyn”, 3-cü cild, səh.320.) 2. Bir qisim rəvayətlərdə isə, bu hərflər şəhidlər sərvəri imam Hüseynin (ə) Aşura inqilabına təfsir edilir; “Kaf” hərfində Kərbəla, “ha” hərfində Peyğəmbəri-Əkrəmin (s) xanədanının həlak olması və şəhadətə yetməsi, “ya” hərfində Yezid, “əyn” hərfində “ətəş” – susuzluq (imam Hüseynin (ə) əhli-əyalı və səhabələrinin susuzluğu), “sad” hərfində isə o həzrətin özü, əhli-əyalı və səhabələrinin səbirli və dözümlü olması nəzərdə tutulur. MƏRYƏM OĞLU İSANIN (Ə) DQNYAYA GƏLİŞİ Allah-Taala xanım Məryəmin hamiləlik əhvalatı və oğlu İsa peyğəmbərin dünyaya gəlişi haqda sözügedən surəsinin 16-22-ci ayələrində belə buyurur: “(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. Onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. #quran #ahlibeyt14mesum ARDI👇
next page →